8 Aprel ÜMUMXALQ mitinqi

Charles Bukowski: “Bir neçə nəfərin gücü, ruhu, atəşi və cəsarəti ilə

 insanlıq boğulmaqdan qurtula bilər”


                Həmişə mən nələrisə tənqid edəndə düşünürəm ki, görəsən məndə o tənqid etdiyim həmin nələrdənsə varmı. Əgər özüm də o səhvi etmişəmsə əvvəlcə səhvimi düzəldir daha sonra tənqid edib düzəltməyə çalışıram. Tənqid, etiraz, qarşı çıxmaq. Bunlar heç də pis bir şeylər deyil. Bunu mən mədəniyyət də adlandırardım.
Özümüzü aldatmayaq. Heç də hər şey yaxşı deyil və ya yaxşılığa doğru getmir. Əksinə dünya qaçır biz isə geri-geri iməkləməklə məşğuluq. Burda adını belə xatırlamadığım bir yazarın adını belə xatırlamadığım hekayəsindən bir sözü yadıma düşür: ” Qaçanlar ona görə qaçır ki, onları kimsə qovur”. Bizi isə qovan yoxdur yəqin ki, yerimizdə sayırıq. İllərdir 20 illik müstəqilliyimizi bəhanə edərək hər şeyi gecikdiririk. Demokratiya istəyirik “hələ tezdir” deyirlər. Eurovisiona gələndə bizim qədim müstəqillik tariximizdən danışaraq tarixi binaları dağıdırlar. İnsan haqqı deyirik əvəzində tutulur, döyülür, təhqir olunur və təzyiqlərə məruz qalırıq. İndi isə biz hüququmuzu elə hüquqlarımızla istəyirik. 8 apreldə mitinqə toplaşırıq.
Müxalifətin bütün aksiyalarından, mitinqlərindən sonra telekanallar “Müxalifətin növbəti uğursuz mitinqi” başlıqlı xəbərlər yayımlayır və gələn mitinq iştirakçılarının sayını az deməklə özlərinə haqq qazandırmağa çalışırlar. Lakin bir şeyi başa düşmürlər ki, orda olan hər bir vətəndaş bu ölkənin vətəndaşıdır. Hüququ pozulan, ədalətsizlik görən hər bir nəfər bu ölkədir. Uğur qazanan da, məğlub olan da, haqlı olan da, haqqsız olan da bu ölkə üçündür.
Mən 8 apreldə mitinqə dəvət etməyə çalışmıram heç kimi. Sadəcə deyirəm: “ Sənə haqq tanınıb. Bu haqqını qoru. Səsin eşidilmirsə bağır. Yenə eşidilmirsə bu dəfə səninlə eyni sözü bağıranlarla birgə bağır. Onda səsin daha gur və eşidilən olacaq.”


2012-dən deyinən adam

Bu şəhər yaşanılası deyil artıq. Qara sakinləriylə, glamour gözəlçələriylə, papaqsaçlı “panyatka” müdafiəçiləriylə, sistemin insanəzən maşınlardan keçirdiyi yumuşalmış insanlarla yaşanmaz hala gəlib. Hər cür insan ola bilər şəhərdə, bunu başa düşürəm… amma hər insan da gərək ki, özlüyündəaz da olsa mədəniyyət və səviyyə sahibi ola… Küçələr mənə “podium”u xatırladır… Hər kəs özünü bəyəndirmə təlaşında. Vitrindəki manikenlər insanlara həsəd aparır artıq.

Həzi Aslanovdan dolu gedir qatar Əhmədli stansiyasına. İnsanlar Neftçilər stansiyasında çox yaxın münasibətləri təcəssüm etdirməyə başlayıır. Maşinist də qışqırmağa başlayıb: “burax qapını 4-cü vaqon”. Bizim ucbatımızdan vaqonlar söyülür. Söykənməyin yazılan qapılara insanlar qeyri-ixtiyari yapışıb. 9 milyonluq ölkənin 4.6 milyonunun bir şəhərə yığılmağını bütün iqtisadiyyatdan anlayanlar başa düşür ki, bu həmin ölkənin iqtisadiyyatının tənəzzüldə olmasını göstərir. Dövlət televiziyası: “Ölkəmiz dinamik inkişafdadır”. (Bu arada Nərimanov stansiyasında qatarlara daha heç kim minə bilmir.)

Sovet dövrünün “Qırmızı Xaç” medallı qatarlarını istifadə edirik hələ də. Buraxılış ili: 1977… İstifadə müddəti: 20 il. Hazırda 2012-ci ildən deyinirəm, bəylər…

Sovetin təsiri çox böyükdü bu ölkədə. Müəllimləri belə təsirdən çıxa bilməyib diktə ilə, sovet kitabları ilə, sovet dövrünün statistik göstəriciləri ilə və idarə üsulları ilə dərs keçir. Tələbələrin söhbət mövzuları isə məntiqdən başqa nəyə desən sığar. Adətən belə ttoplumlar bir qrup savadlı insan tərəfindən tənqid edilərək dəyişdirilsə də bizim bu toplum tənqidi təhqir olaraq qəbul etdiyindən bunun bir o qədər mənası qalmır. Dəyişmək istəmir heç kim. Onlar öz qaralıqlarında, glamurluqlarında, eyniliklərində xosbextdir. İyrənc səslənir bu söz birləşməsi: Azərbaycan gəncliyi. Gənclik gələcək deməkdir. Amma bu gələcəkdən çox keçmişi əks etdirir. Geridə qalırıq, bəylər, geridə qalırıq. Dünya 15 günə bir bina tikməyi ilə bizimkilər 15 günə daha çox qızla yata bilməkləri ilə fəxr edir.  Sizə 2012-dən səslənirəm ey 1501-də qalanlar. Özünüz gedə bilmirsiz heç olmasa yolumuzdan çəkilin biz gedək.

17 mart

Əslində 20-ci sahədə heç olmamışam. Amma uzaq olduğunu bilirəm. Adından da görünür. 20 dəfə müraciət edilir və bir cavab gəlir çox hörmətli İcra Hakimiyyətindən: Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki stadion. Bəlkədə dünyada yeganə ölkə bizim ölkədir ki, mitinq deyiləndə ağıla dağıtmaq, qırmaq, qışqırıb hay-küy salıb kimlərisə incitmək, polislərin dubinkası, müxaliflərin qanları  gəlir. Həqiqətdə Mitinq ingilis sözü olub toplaşma, yığıncaq, görüşmə mənasına gəlir. Amma bizdə bu daha çox BÖLÜŞMƏ- Müxaliflərin polis bölmələrinə bölüşdürülməsi- yada düşür.

Bir neçə gündür sosial şəbəkələrdə 17 mart mitinqinə hazırlıqlar gedir. Videolar, şəkillər hazırlanır, çağırışlar edilir. Hər dəfəki mitinq çağırışlarından fərli bir şey var ki, bu mitinq üçün universitetlər, dövlət müəssisələrində əks təbliğat işləri aparılmır. Hökümətin qanı qaralmır. Bəlkə də həmişəki kimi bu dəfə də yoları bağlayacaqlar və TV kanalizasiyalarda MÜXALİFƏTİN uğursuz mitinqi adı ilə dəqiqələrlə reportajlar təqdim edəcəklər. Halbuki bu heç də müxalifətin mitinqi deyil. Gənclərin mitinqidir. 17 martda  istər Müsavatdan ol, istər AXCP-dən ol, istər YAP-dan ol haqqını bilirsənsə və istəyirsənsə bizimlə birlikdə meydanda ol. Yox əgər deyirsənsə ki, “mən qoyunam, nə etsələr razıyam” onda otur evdə kolanı içib internetdə tanışlıqla məşğul ol. Bizim Haqqımız var və biz onu sökə-sökə alacağıq… 17 martda bizimlə OL !!!

Bırakın peşimizi…

Kazancı yok… umutlar bile kalleş. Nice kariyer tutuklusu kuyular kazmakta. Ayaklar hep bir çukurda… düşe kalka yaşanamaz olmuş hayat. Ipek kumaşlardan örülür oldu çoraplar. Anlamsız laflar anlatır oldu yaşlılar. Savaşlar, devrimler, diktatörler, kan barınağı cesetler heryer. İzinsiz dalıyor hayat sınırlarımıza insansız savaş uçakları. Koruyun çocukları, lütfen.. gözünüzden daha iyi koruyun. Hiç kimsenin bilmediği bir sır gibi koruyun. Geçenleri döndüremezsiniz gelenleri koruyun bari. Islakken hala büyümesine izin verin. Sonra göz yasıyla kendini sulayip büyümeye çalisir. Kapın kaçın ahlak dediyiniz o iğrenc kuralları çocukların beyninden… o salak geçmişinizi ise hiç oğretmeye calısmayın. Siz zaten kaybetdiniz. Biz kazanalım bari. Rahat bırakın bizi

Okan Bayülgen – Ayrılık

Duracağım burada
Gidişini seyredeceğim
Kıpırtısız sakin gibi görüneceğim
Kavgasız olacak fırtınasız olacak
Saçma sapan olacak
Organlarım birbirine vuracak
Arkandan sessiz bakacağım
Ben yine salağı oynayacağım…

Follow

Get every new post delivered to your Inbox.